Cəlilabad şəhəri ərazisində meyit tapılıb. SİA Oxu.az-a istinadən xəbər verir ki, şəhər sakini, 1981-ci il təvəllüdlü İsmayıl İmanovun meyiti yaşadığı evin həyətində aşkar edilib.
Onun ölüm səbəbi hələlik məlum deyil. Məlumata görə, mərhum rayon bazarında ətir satışı ilə məşğul olurmuş. Faktla bağlı araşdırma aparılır.
Mətləb
BİRLİKDƏ PAYLAŞAQ
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.
Tovuz, 31 oktyabr, AZƏRTAC Tovuzda yol-nəqliyyat hadisəsi baş verib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəmkir sakini Anar Qurbanovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil idarəetmədən çıxaraq rayon ərazisindəki su kanalına aşıb. Hadisə nəticəsində avtomobildə olan 4 nəfər xəsarət alıb. Onlar Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.Müxbir -Ruslan Novruzoğlu
Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı dörd nəfər xəsarət alıb.
Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Alakol kəndi ərazisində baş verib.
Belə ki, hərəkətdə olan "VAZ 2107" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi yol kənarındakı su kanalına aşıb.
Qəzada yaralanan dörd nəfər xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.