Hadisə · Axar.az

Tovuzda maşın kanala düşdü: 4 nəfər yaralandı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tovuzda maşın kanala düşdü: 4 nəfər yaralandı xəbəri üçün şəkil

Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Alakol kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan VAZ 2107 markalı minik avtomobili idarəetmədən çıxıb.

Nəticədə avtomobil yol kənarındakı su kanalına düşüb. Qəza zamanı sürücü 2003-cü il təvəllüdlü A. Qurbanov, onun sərnişinləri 1996-cı il təvəllüdlü A. Abuzərli, 1991-ci il təvəllüdlü R. Sabirli və 1992-ci il təvəllüdü T. Kamranzadə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.Faktla bağlı araşdırma aparılır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑