Hadisə · Milli.az

Tovuzda ağır qəza - 4 nəfər xəsarət alıb - (Foto)

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tovuzda ağır qəza - 4 nəfər xəsarət alıb - (Foto) xəbəri üçün şəkil

Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Alakol kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ 2107" markalı minik avtomobili idarəetmədən çıxıb.

Nəticədə avtomobil yol kənarındakı su kanalına düşüb. Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑