Tovuz, 31 oktyabr,
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəmkir sakini Anar Qurbanovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil idarəetmədən çıxaraq rayon ərazisindəki su kanalına aşıb. Hadisə nəticəsində avtomobildə olan 4 nəfər xəsarət alıb. Onlar Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Müxbir -Ruslan Novruzoğlu




