İdman · SİA

Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb xəbəri üçün şəkil

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Ağsu şəhər 4 saylı tam orta məktəbin idman zalında yeniyetmə voleybolçularla görüşüb.

Bu barədə SİA-ya AVF-nin mətbuat xidmətindən bildirilib.

Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, digər rəsmi şəxslər, Oğuz RVK-nı təmsil edən idmançılar və onların valideynləri iştirak ediblər.

Ş.Bağırov idmançılarla söhbət zamanı onlara tövsiyələrini verib, valideynlərlə fikir mübadiləsi aparıb.

Daha sonra qonaqlar yeniyetmələrin məşq prosesini izləyiblər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑