“Turan” voleybol klubunun Çempionlar Liqasının cavab oyunu üçün biletləri satışa çıxarılıb.
Apasport.az xəbər verir ki, Tovuz təmsilçisi noyabrın 10-da doğma meydanda Bolqarıstanın “Maritsa Plovdiv” komandası ilə qarşılaşacaq.
Saat 18:00-da başlayacaq görüş Tovuz Olimpiya İdman Kompleksində təşkil olunacaq.
Klub azarkeşlərə biletləri ödənişsiz təqdim edir. Biletləri şəxsiyyət vəsiqəsi əsasında Tovuz Olimpiya İdman Kompleksindən əldə etmək mümkündür. Saxta biletlərin hazırlanmasının və başqalarına ötürülməsinin qarşısını almaq üçün onların üzərində xüsusi holoqram yerləşdiriləcək.
Qeyd edək ki, ilk görüşdə “Turan” rəqibini 3:0 hesabı ilə məğlub edib. Tovuz təmsilçisi cavab matçında da uğurlu nəticə qazanaraq qrup mərhələsinə vəsiqə əldə etməyi hədəfləyir.





