İdman · Axar.az

Kaşuk karyerasında ilk dəfə Ukrayna millisinə çağırıldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kaşuk karyerasında ilk dəfə Ukrayna millisinə çağırıldı xəbəri üçün şəkil

"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk karyerasında ilk dəfə Ukrayna millisinə çağırılıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

26 yaşlı cinah oyunçusu UEFA Millətlər Liqasının noyabr oyunları üçün açıqlanan 25 nəfərlik heyətə daxil edilib. Ukrayna millisi noyabrın 14-də Şimali İrlandiya, 17-də isə Gürcüstan yığması ilə qarşılaşacaq.

Xatırladaq ki, Kaşuk daha əvvəl Ukraynanın aşağı yaş qrupları üzrə millilərində çıxış edib. O, U-21 yığmasının heyətində 13 oyuna, 3 qol vurub və 1 məhsuldar ötürmə verib.

Qeyd edək ki, A.Kaşuk cari mövsümdə "Qarabağ"ın heyətində bütün turnirlərdə 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑