FIFA Azərbaycanda keçirilmiş U-15 dünya çempionatı və festivalında hakimliyin yüksək səviyyədə təşkilinə görə AFFA-ya təşəkkür edib. Globalinfo.az xəbər verir ki, bu barədə milli assosiasiya məlumat yayıb. FIFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollinanın AFFA-nın baş katibi Cahangir Fərəcullayevə ünvanladığı rəsmi məktubda yarışda hakimliyin yüksək standartlara uyğun təşkil edilməsi və oyunların peşəkar səviyyədə idarə olunması yüksək qiymətləndirilib....