İdman · İdman.biz

Rodri “Atletiko” ilə oyunu buraxa bilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rodri “Atletiko” ilə oyunu buraxa bilər xəbəri üçün şəkil

“Barselona” futbol klubunun futbolçusu Rodri sağ ayağının ikibaşlı bud əzələsində yaranan narahatlıq səbəbindən “Atletiko” ilə qarşılaşmanı buraxa bilər.

İdman.Biz xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi “Aston Villa” ilə oyunun ikinci hissəsində əzələsində ağrı hiss etdiyi üçün ehtiyat oyunçular skamyasında qalıb.

Futbolçunun vəziyyəti ilə bağlı yekun qərar çərşənbə günü keçiriləcək tibbi müayinədən sonra veriləcək. Zədənin təsdiqlənəcəyi təqdirdə, Rodri bazar günü “Atletiko”ya qarşı matçda meydana çıxa bilməyəcək. Baş məşqçi Hans-Diter Flikin futbolçunun sağlamlığını riskə atmaq istəmədiyi bildirilir.

Rodrini əvəz etmək üçün əsas namizəd Mark Bernaldır. O, mövsümün əvvəlindən komandanın uğurlu çıxışına mühüm töhfə verir. Frenki de Yonq və Qavi də müdafiəyönümlü yarımmüdafiəçi mövqeyində alternativ variantlar hesab olunurlar.

Qeyd edək ki, hazırda “Barselona”nın heyətində zədəli futbolçuların sayı kifayət qədərdi. Belə ki, Jül Kunde, Erik Qarsiya, Andreas Kristensen, Xavi Espart və Rodri müxtəlif zədələr səbəbindən komandaya kömək edə bilmirlər. Kataloniya təmsilçisi “Atletiko” ilə qarşılaşmaya qədər bu futbolçulardan bəzilərini yenidən sıraya qaytarmağa çalışır. Onların oyunda iştirak edib-etməyəcəyi bərpa prosesinin gedişindən və tibbi müayinələrin nəticələrindən asılı olacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑