İdman · AZƏRTAC

İngiltərə klubunun yeni baş məşqçisi müəyyənləşib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İngiltərə klubunun yeni baş məşqçisi müəyyənləşib xəbəri üçün şəkil

Bakı, 4 noyabr,

İngiltərənin “Vest Hem” klubunun yeni baş məşqçisi müəyyənləşib.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisi bu vəzifəyə Skott Parkeri təyin edib.

46 yaşlı mütəxəssislə 2,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Vest Hem” ötən gün portuqaliyalı baş məşqçi Nunu Eşpiritu Santu ilə yollarını ayırıb. Komanda İngiltərə çempionatında 22 xalla 8-ci pillədə qərarlaşıb.

Futbolçu karyerası dövründə “Vest Hem”in kapitanı olmuş Skott Parker daha əvvəl “Fulhem”, “Bornmut” və “Börnli” klublarını İngiltərə Premyer Liqasına yüksəldib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑