Bakı, 4 noyabr,
Kişi voleybolçular arasında keçirilən Superliqada III turun oyunlarına start verilib.
AZƏRTAC xəbər verir ki, turun ilk qarşılaşması GİN-in Voleybol Mərkəzində baş tutub.
Görüşdə “Azərreyl” və “Ordu” komandaları üz-üzə gəliblər. Rəqibini 3:0 hesabı ilə məğlub edən “Ordu” çempionatda üçüncü qələbəsini qazanıb.
Turun növbəti oyunları noyabrın 6-da keçiriləcək.
Oyunun nəticəsi
Super Liqa (kişilər)
III tur
“Azərreyl” – “Ordu” – 0:3 (19:25, 18:25, 24:26)
Növbəti oyunlar
6 noyabr
Super Liqa (kişilər)
III tur
17:00. “Gənclər” – “Xilasedici”
Abşeron OİK
18:00. “Murov Az Terminal” – “Neftçi”
GİN-in Voleybol Mərkəzi




