İdman · Apasport.az

Fonseka “Lion”dan ayrıldı - YENİ İŞ YERİ BƏLLİ OLDU

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fonseka “Lion”dan ayrıldı - YENİ İŞ YERİ BƏLLİ OLDU xəbəri üçün şəkil

Fransanın “Lion” klubunda baş məşqçi dəyişikliyi baş verib.

Apasport.az xəbər verir ki, komanda Paulo Fonseka ilə yollarını ayırıb.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər.

Fonsekanın yeni iş yeri də müəyyənləşib. O, bundan sonra Portuqaliyanın “Sportinq” klubuna rəhbərlik edəcək. Məlumata görə, Draqao təmsilçisi mütəxəssisin müqaviləsinin ləğvi üçün “Lion”a 5 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, 2025-ci ilin yanvarından “Lion”a rəhbərlik edən Fonseka komandanın başında 83 oyuna çıxıb. O, daha əvvəl “Milan”, “Lill”, “Roma”, “Şaxtyor” və “Braqa” klublarında da çalışıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑