İdman · Bizim.Media

"Qarabağ" "Dinamo"ya Uduzdu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"Qarabağ" "Dinamo"ya Uduzdu xəbəri üçün şəkil

Bu gün "Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçına çıxıb.

Bizim.Media xəbər verir ki, Rəşad Sadiqovun komandası Xorvatiyada Zaqreb "Dinamo"sunun qonağı olub. Matç Xorvatiya təmsilçisinin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Qolları Benkotiç (24), Trupçeviç (34), Bojkov (38, 45+3), Ban (45+1), Teymurov (54, avtoqol) və Radiç (76) vurublar. Bununla da Ağdam təmsilçisi turnirlə vidalaşıb.

Qeyd edək ki, Bakıdakı ilk qarşılaşmada da "Qarabağ" rəqibinə uduzub - 1:2. 

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑