“Şaxtyor”un baş məşqçisi Arda Turan Çempionlar Liqasında “Sportinq”ə məğlub olduqları (0:1) görüşün hakimlərindən narazı qalıb.
Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssis bununla bağlı oyundan sonra verdiyi açıqlamada bildirib:
“Qalatasaray”ın “Sportinq”lə oyununda türklərin lehinə heç nədən penalti verdilər. VAR-da təması axtarıb tapdılar. Bu gün isə bizə penalti verməmək üçün əllərindən gələni etdilər.
Futbolda dəyişdirə bilmədiyimiz bəzi şeylər bizi çox üzür və yorur. Ədalətsizliyə məruz qaldığımızı hiss edirik. Bugünkü epizodun heç bir izahı yoxdur. İtalyalı hakimlər hər şeyi bildiklərini zənn edirlər. Eynən belə davam etsinlər”.





