İdman · Publika.az

Mourinyo ÇL oyununda rotasiya edəcək - Kimlər oynayacaq?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Mourinyo ÇL oyununda rotasiya edəcək - Kimlər oynayacaq? xəbəri üçün şəkil

Bu gün “Real Madrid” Çempionlar Liqasında AEK-lə qarşılaşacaq.

Qarşılaşma ümumi mərhələnin dördüncü turu çərçivəsində Yunanıstanda keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Publika.az xəbər verir ki, “Cope”un məlumatına görə, “kral klubu”nun baş məşqçisi Joze Mourinyo heyətdə rotasiya planlaşdırıb: Alvaro Karreras, Antonio Ryudiger və Denzel Dyumfriesin müdafiədə, Federiko Valverde və Eduardo Kamavinqanın dayaq yarımmüdafiəçiləri mövqelərində oynayacağı gözlənilir.

Brahim Diasın da hücumun sağ cinahında start heyətində yer alacağı bildirilir.

“Real Madrid” cari Çempionlar Liqasında əvvəlki üç oyunun hamısında qalib gəlib.

Publika.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑