İdman · Offsideplus.az

Misli Premyer Liqasının XI turu Zəfər turu adlandırılıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Misli Premyer Liqasının XI turu Zəfər turu adlandırılıb xəbəri üçün şəkil
Misli Premyer Liqasının XI turu "Zəfər turu" adlandırılıb

Misli Premyer Liqasında XI turun oyunları xüsusi adla keçiriləcək.

Offsideplus.az xəbər verir ki, Peşəkar Futbol Liqası (PFL) çempionatın növbəti turunu "Zəfər turu" elan edib.

Qurum bu qərarı Vətən müharibəsində qazanılan şanlı qələbənin 6-cı ildönümü münasibətilə qəbul edib.

Qərara əsasən, turun bütün qarşılaşmalarından əvvəl stadionlarda Azərbaycan Respublikasının Dövlət Himni səsləndiriləcək.

Qeyd edək ki, Misli Premyer Liqasının XI turunun matçları noyabrın 6-dan 8-dək baş tutacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑