İdman · Offsideplus.az

Fənərbağçanın daha bir əfsanəsi kluba qayıdır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fənərbağçanın daha bir əfsanəsi kluba qayıdır xəbəri üçün şəkil
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır

"Fənərbağça"da Emre Belözoğlu-nun baş məşqçi təyin olunmasından sonra klub rəhbərliyi futbol strukturunda yeni dəyişikliklər üçün hazırlığa başlayıb.

Offsideplus.az xəbər verir ki, prezident Aziz Yıldırımın təşəbbüsü ilə klubun keçmiş qapıçısı və kapitanı Volkan Demirel yenidən "Fənərbaxça"ya qaytarılır.

Son olaraq "Gənclərbirliyi"ni çalışdıran 45 yaşlı mütəxəssisin klubun futbol strukturunda mühüm rol alacağı gözlənilir.

Məlumata görə, sarı-lacivertlilərdə futbol direktoru Oğuz Çetinlə yolların ayrılması və onun yerinə Volkan Demirelin gətirilməsi planlaşdırılır. 

Qeyd edək ki, V. Demirel 2002–2019-cu illərdə "Fənərbaxça"nın formasını geyinib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑