İdman · İdman.biz

“Arsenal” zədələrin sayını azaltmaq üçün NASA, “Google” və “Apple”a müraciət edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Arsenal” zədələrin sayını azaltmaq üçün NASA, “Google” və “Apple”a müraciət edib xəbəri üçün şəkil

İngiltərənin “Arsenal” klubu futbolçular arasında zədələrin sayını azaltmaq və onların bərpa prosesini sürətləndirmək məqsədilə NASA, “Google” və “Apple” şirkətləri ilə məsləhətləşmələr aparıb.

İdman.Biz xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

London klubunun əməkdaşlarını NASA-nın kosmik fiziologiya sahəsində apardığı araşdırmalar, xüsusilə dizin ön çarpaz bağının zədələnməsindən sonra reabilitasiya prosesi ilə bağlı tədqiqatları maraqlandırıb. Agentlik aşağı cazibə qüvvəsinin insan orqanizminə təsirini və kosmosdan Yerə qayıtdıqdan sonra bədəndə baş verən dəyişiklikləri araşdırır.

“Arsenal” bu araşdırmaların nəticələrindən futbolçuların bərpasının müxtəlif mərhələlərində icazə verilən fiziki yükü müəyyənləşdirmək üçün istifadə etməyi planlaşdırıb. Xüsusilə məşq yüklənməsinin hansı sürətlə artırılmasının mümkünlüyü və futbolçunun yeni fiziki yüklərə hazır olub-olmadığının necə müəyyənləşdirilməsi məsələləri diqqət mərkəzində olub.

Klubun tərəfdaşlarından biri olan “Google” şirkətinə məlumatların təhlili ilə bağlı məsləhət üçün müraciət edilib. Şirkətin texnologiyaları qaçış texnikasındakı dəyişikliklər və fiziki göstəricilər də daxil olmaqla, zədələnmə riskini artıran amillərin müəyyənləşdirilməsinə kömək edə bilər.

“Apple” ilə isə məşqlər və reabilitasiya zamanı fizioloji göstəricilərin toplanması üçün istifadə olunan daşınan cihazlar müzakirə edilib. Söhbət xüsusilə nəbzin və məşqlərin intensivliyinin izlənməsi üçün “Apple Watch” saatlarından istifadədən gedib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑