Mədəniyyət · Sfera.az

“İflic olacağam və yataqda qalacağam”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“İflic olacağam və yataqda qalacağam” xəbəri üçün şəkil

Rusiyalı müğənni Andrey Qubin gələcəyi ilə bağlı narahatlığını dilə gətirib.

Sfera.az 52 yaşlı sənətçi uzun müddətdir qənaətlə yaşadığını və qocalığı üçün pul topladığını bildirib. Bu barədə “5-ci kanal” məlumat yayıb.

“Qocalığım üçün pul yığıram. İflic olacağam və yataqda qalacağam. Həkimlər də altımdan sidik qabını götürməli olacaqlar” deyə, müğənni bildirib.

Qubin yığdığı pulun dəqiq məbləğini açıqlamaq istəməyib. O, hesabında hələlik çox pul olmadığını söyləyib.

2000-ci illərin məşhur müğənnisi səhnəyə qayıtmaq ehtimalını 85 faiz qiymətləndirib. Sənətçi bacarığını və illərlə qazandığı təcrübəni boşa vermək istəmədiyini vurğulayıb.

Qeyd edək ki, Andrey Qubin daha əvvəl bel ağrıları və səsində yaranan problemlər səbəbindən Yeni il korporativində çıxış etmək üçün aldığı 100 min dollarlıq təklifi rədd edib. Hazırda sənətçiyə sevdiyi qadın qayğı göstərir. Müğənni həmçinin onkomarkerlər, hepatit B və C üzrə müayinələrdən keçib və nəticələrinin normal olduğunu bildirib. (Axşam.az)

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑