“Tor: Raqnarok” və “Jojo Rabbit” filmləri ilə tanınan Taika Vaytiti “Ulduz müharibələri” kainatında çəkməyi planlaşdırdığı film barədə gözlənilməz açıqlama verib.
Kulis.az xəbər verir ki, rejissorun sözlərinə görə, 2020-ci ildən bəri hazırlanma mərhələsində olan layihə qeyri-müəyyən müddətə təxirə salınıb.
Vaytiti bu barədə yeni filmi “Klara və Günəş”in təqdimatı zamanı danışıb. Rejissor hazırda üzərində işlədiyi başqa layihələrə diqqət yetirəcəyini bildirib. Bununla belə, o, “Ulduz müharibələri” filmindən həmişəlik imtina etdiyini deməyib.
Beləliklə, uzun müddətdir gözlənilən ekran əsərinin gələcək taleyi hələ də sual altındadır.

