Mədəniyyət · News24.az

“Qəhrəmanlığa gedən yol İbad” filminin təqdimatı keçirildi - FOTOLAR

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Qəhrəmanlığa gedən yol İbad” filminin təqdimatı keçirildi - FOTOLAR xəbəri üçün şəkil

Dünən Nizami Kino Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovun həyat və döyüş yolundan bəhs edən “Qəhrəmanlığa gedən yol” filminin təqdimat mərasimi keçirilib.

News24.az xəbər verir ki, qəhrəmanın ad günündə nümayiş olunan film İbad Hüseynovun uşaqlıq illərindən bu günədək keçdiyi həyatını, Vətənə bağlılığını, mübarizə əzmini və qəhrəmanlıq yolunu əks etdirir.

Filmdə cəsur, qorxmaz bir uşaq kimi böyüyən İbad Hüseynovun zaman keçdikcə Vətən sevgisi ilə yoğrulan, milli dəyərlərə bağlı, mübariz bir gəncə çevrilməsi təsvir olunur. Onun həyatının müxtəlif mərhələlərini əhatə edən ekran əsərində Vətən uğrunda apardığı mübarizə, qarşılaşdığı çətinliklər və bu yolda göstərdiyi qətiyyət ön plana çəkilir.

“Qəhrəmanlığa gedən yol İbad” filmi tamaşaçılara yalnız bir qəhrəmanın həyat hekayəsini deyil, həm də Vətən sevgisini, cəsarəti, iradəni və fədakarlığı aşılayır. Ekran əsəri İbad Hüseynovun keçdiyi çətin, lakin şərəfli yol vasitəsilə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə, milli qəhrəmanlarımızın həyat və mübarizəsinin gələcək nəsillərə çatdırılmasına töhfə verir.

Təqdimat mərasimində millət vəkilləri, Azərbaycanın milli qəhrəmanları, şəhid ailələri, ictimaiyyət nümayəndələri və filmin yaradıcı heyəti iştirak edib.

“Qəhrəmanlığa gedən yol İbad” filminin təqdimatı keçirildi - FOTOLAR “Qəhrəmanlığa gedən yol İbad” filminin təqdimatı keçirildi - FOTOLAR “Qəhrəmanlığa gedən yol İbad” filminin təqdimatı keçirildi - FOTOLAR “Qəhrəmanlığa gedən yol İbad” filminin təqdimatı keçirildi - FOTOLAR “Qəhrəmanlığa gedən yol İbad” filminin təqdimatı keçirildi - FOTOLAR “Qəhrəmanlığa gedən yol İbad” filminin təqdimatı keçirildi - FOTOLAR “Qəhrəmanlığa gedən yol İbad” filminin təqdimatı keçirildi - FOTOLAR “Qəhrəmanlığa gedən yol İbad” filminin təqdimatı keçirildi - FOTOLAR
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑