Mədəniyyət · Kulis.az

Harri Staylsın turu əsasında film çəkiləcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Harri Staylsın turu əsasında film çəkiləcək xəbəri üçün şəkil

Məşhur müğənni Harri Staylsın konsertlərini izləyən kamera bu dəfə səhnədən kənara da çıxacaq.

Kulis.az xəbər verir ki, “How To with John Wilson” serialı ilə tanınan rejissor Con Vilson müğənninin Nyu-Yorkdakı konsert seriyası haqqında sənədli film üzərində işləyir.

“Variety” nəşrinin məlumatına görə, çəkilişlər avqust ayından etibarən "Madison Square Garden" arenasında keçirilən "Together, Together" turu zamanı aparılır. Film yalnız konsert görüntülərindən ibarət olmayacaq: Harri Staylsın gündəlik həyatı, pərəstişkarları və səhnəarxası komandanın fəaliyyəti də ekran əsərində yer alacaq. Sənədli filmin nümayiş tarixi və yayım formatı hələ açıqlanmayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑