Dünya · Sfera.az

Dünyanın ən çirkli havaya malik şəhəri məlum oldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Dünyanın ən çirkli havaya malik şəhəri məlum oldu xəbəri üçün şəkil

Dünyanın ən zəngin şəhərlərindən biri olan Sinqapur qonşu İndoneziyada baş verən meşə yanğınlarının yaratdığı sıx və zəhərli tüstü səbəbindən dünyanın havası ən çirkli şəhərləri siyahısında birinci yerə yüksəlib.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, İndoneziyada davam edən meşə yanğınlarından yayılan zəhərli tüstü avqust ayından bəri on minlərlə insanda tənəffüs yolları xəstəliklərinə səbəb olub. Yanğınların təsiri nəticəsində İndoneziya ilə yanaşı, Malayziya və Sinqapurda da havanın keyfiyyəti pisləşib. İsveçrədə yerləşən hava keyfiyyətinin monitorinqi şirkəti IQAir-in məlumatına görə, Sinqapurda hava keyfiyyəti indeksi 216 olaraq qeydə alınıb.

Bu göstərici havanın sağlamlıq üçün çox zərərli olduğunu göstərir. Sinqapurun Milli Ətraf Mühit Agentliyi dumanlı havanın bölgədəki son quraqlıq və İndoneziyanın bəzi ərazilərində baş verən yanğınlarla əlaqəli olduğunu açıqlayıb. Rəsmilər mütəmadi xəbərdarlıqlar yayaraq əhalini bol su içməyə və açıq havada fəaliyyətləri azaltmağa çağırıblar.

Məktəblərə uzunmüddətli açıq hava tədbirlərini məhdudlaşdırmaq tapşırılıb, bəzi təhsil müəssisələrinə isə sinif otaqlarında istifadə üçün hava təmizləyici cihazlar verilib. İndoneziyadakı yanğınlardan təsirlənən Malayziyanın paytaxtı Kuala Lumpur da dünyanın havası ən çirkli şəhərləri siyahısında ikinci yerdə qərarlaşıb.

Havanın çirklənmə səviyyəsini göstərən indeks 0-50 aralığında “yaxşı”, 51-100 aralığında “orta”, 101-150 aralığında “həssas qruplar üçün zərərli”, 151-200 aralığında “sağlamlıq üçün zərərli”, 201-300 aralığında “çox zərərli”, 301-500 aralığında isə “təhlükəli” hesab olunur.

Bəsti Rəfizadə

Sfera.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑