Dünya · Qaynarinfo.az

Tarixin ən böyük şərab oğurluğu: 5 milyon avro dəyərində 30 min şüşə apardılar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tarixin ən böyük şərab oğurluğu: 5 milyon avro dəyərində 30 min şüşə apardılar xəbəri üçün şəkil

İtaliyanın Toskana bölgəsində naməlum şəxslər 1385-ci ildən fəaliyyət göstərən məşhur ailə şirkəti “Marchesi Antinori”nin şərab anbarını qarət ediblər.

Qaynarinfo xəbər verir ki, cinayətkarlar ümumi dəyəri təxminən 5 milyon avro olan 30 minə yaxın şüşə şərab aparıblar. İtaliya mediası hadisəni ölkə tarixində ən böyük şərab oğurluğu kimi qiymətləndirir.

İstintaqın məlumatına görə, ötən şənbə günü ən azı yeddi maskalı şəxs Kortona şəhərində yerləşən anbara daxil olub. Onlar siqnalizasiya sistemini və müşahidə kameralarını söndürdükdən sonra müəssisəyə məxsus yükləyicilərdən istifadə edərək şərabları iki yük maşınına yükləyiblər. Oğurluq yalnız bazar ertəsi səhər, əməkdaşlar işə gələndə aşkar edilib.

Oğurlanan şərablar arasında “Solaia”, “Tignanello” və “Guado al Tasso” markaları da var. Bütün şüşələr 2023-cü ilin məhsuluna aiddir. Cinayətkarlar, xüsusilə, Toskananın ən məşhur və bahalı şərablarından biri olan “Solaia”nın təxminən 10 min şüşəsini aparıblar. Markadan asılı olaraq bir şüşənin qiyməti təxminən 120–300 avro arasında dəyişir, nadir nümunələr isə xeyli baha satıla bilər.

Şirkətin rəhbəri Renzo Kotarella hesab edir ki, qarətin arxasında peşəkar cinayətkar qrup dayana bilər. Onun fikrincə, bu qrup digər şərab istehsalı müəssisələrində baş vermiş oxşar oğurluqlarla da əlaqəli ola bilər. O, yükün tapılacağına ümid edir, çünki bu qədər şərabla dolu iki yük maşınını diqqət çəkmədən satmaq çətindir.

Aydın

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑