Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan 2027-ci il Asiya Kubokunun təxirə salınması ilə bağlı mediada xəbərlər yenidən yayılıb.
Publika.az xəbər verir ki, bu mövzunu jurnalist Battal əl-Qavs özünün “In the Net” verilişində qaldırıb.
Jurnalist vurğulayıb ki, bu, hələlik yalnız fərziyyədir. Turnirin mümkün təxirə salınmasının əsas səbəbi Yaxın Şərqdə hərbi eskalasiya fonunda ölkədəki pisləşən təhlükəsizlik vəziyyətidir.
Asiya Futbol Konfederasiyasının (AFC) prezidenti Salman bin İbrahim Əl-Xəlifə daha əvvəl turnirin 2028-ci ildə keçirilə biləcəyini bildirmişdi.
Turnirə hazırlıqlar hazırda ilkin cədvələ uyğun olaraq davam edir. Oktyabrın 26-da AFC və yerli təşkilat komitəsi oyun cədvəli və oyunlara ev sahibliyi edəcək stadionlar barədə razılığa gəldilər. Turnirin 2027-ci il yanvarın 7-dən fevralın 5-dək keçirilməsi planlaşdırılır.



