İdman · İdman.biz

“Neftçi”nin skautları Macarıstan və Portuqaliyada futbolçu axtarırlar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Neftçi”nin skautları Macarıstan və Portuqaliyada futbolçu axtarırlar xəbəri üçün şəkil

“Neftçi” klubunun əməkdaşlıq etdiyi skautlar komandaya yeni legioner futbolçu cəlb etmək üçün axtarışlarını davam etdirirlər.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, skautlar hazırda Macarıstan çempionatını yaxından izləyirlər.

Onlar artıq sözügedən ölkədədirlər və yerli çempionatın oyunlarını canlı izləyərək potensial transfer namizədlərini dəyərləndirirlər.

Bununla belə, axtarışlar yalnız Macarıstanla məhdudlaşmayacaq. Skautların buradakı işlərini başa vurduqdan sonra Portuqaliyaya yollanacaqları bildirilir. Onlar həmin ölkədə də “Neftçi”nin maraq dairəsində olan futbolçuları izləyəcəklər.

Qeyd edək ki, “ağ-qaralar” qış transfer dönəmində heyətdə müəyyən dəyişikliklər etməyi planlaşdırır. Paytaxt təmsilçisi bir neçə mövqeyi gücləndirmək və komandaya keyfiyyətli legionerlər cəlb etmək niyyətindədir. “Neftçi” hazırda 21 xalla Misli Premyer Liqasında liderdir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑