İdman · Axar.az

Batrakovun transfer qiyməti açıqlandı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Batrakovun transfer qiyməti açıqlandı xəbəri üçün şəkil

"Qalatasaray"ın heyətinə qatdığı rusiyalı futbolçu Aleksey Batrakovun mümkün transferi ilə bağlı diqqətçəkən məqam ortaya çıxıb.

Axar.az milli.az-a istinadla xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçinin meneceri Vladimir Kuzmiçev onun müqaviləsindəki sərbəstqalma bəndinin 55 milyon avro olduğunu açıqlayıb.

Agentin sözlərinə görə, hələlik Avropanın aparıcı komandalarından futbolçu ilə bağlı konkret təklif və ya maraq qeydə alınmayıb. O hesab edir ki, digər klublar Batrakovun Türkiyə çempionatındakı çıxışını izləmək və yeni mühitə uyğunlaşmasını qiymətləndirmək üçün zamana ehtiyac duyurlar.

Kuzmiçev həmçinin bir neçə oyunun futbolçunun potensialı barədə yekun fikir formalaşdırmaq üçün yetərli olmadığını bildirib.

Xatırladaq ki, "Qalatasaray" Aleksey Batrakovu 2026-cı ilin yayında Moskva "Lokomotiv"indən 25 milyon avroya transfer edib. Tərəflər arasında imzalanan müqavilə 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Razılaşmaya əsasən, oyunçunun növbəti satışından əldə ediləcək məbləğin 15 faizi "Lokomotiv"indir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑