İdman · Offsideplus.az

Harri Keyn: Messi kimi sol ayağım olsaydı, məni saxlamaq mümkünsüz olardı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Harri Keyn: Messi kimi sol ayağım olsaydı, məni saxlamaq mümkünsüz olardı xəbəri üçün şəkil
Harri Keyn: "Messi kimi sol ayağım olsaydı, məni saxlamaq mümkünsüz olardı"

"Qızıl top"un qalibi Harri Keyn oyununu daha da təkmilləşdirmək istədiyini və hazırda karyerasının pik nöqtəsində olduğunu bildirib.

Offsideplus.az xəbər verir ki, ingilis hücumçu bu barədə bunları söyləyib:

"Karyeramı bitirəcəyim günə qədər inkişaf etdirmək istədiyim cəhətlər həmişə olacaq. Bununla belə, heç vaxt indiki qədər universal futbolçu olmamışam. Meydana çıxanda həm fiziki, həm də psixoloji baxımdan pik formamda olduğumu hiss edirəm. Oyun anlayışım, mövqe seçimi, müdafiəçiləri üzərimə çəkməyim və imkanları dəyərləndirməyim hazırda ən yüksək səviyyədədir. Hələ də əla formadayam və bu, məni daha da ruhlandırır.

Əgər hazırda məndə Messinin sol ayağı olsaydı, məni saxlamaqları praktiki olaraq imkansız olardı".

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑