İdman · Apasport.az

Millilərimizin Avropa çempionatında rəqibləri bəlli olub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Millilərimizin Avropa çempionatında rəqibləri bəlli olub xəbəri üçün şəkil

Azərbaycanın U-16 voleybol milliləri Avropa çempionatının I təsnifat mərhələsində mübarizə aparacaqlar.

Apasport.az xəbər verir ki, oğlan və qızlardan ibarət yığmalarımız noyabrın 19-dan 22-dək keçiriləcək EEVZA çempionatında iştirak edəcəklər.

Oğlanlardan ibarət komandamız Latviyanın paytaxtı Riqada B qrupunda Latviya və Finlandiya yığmaları ilə qarşılaşacaq. Qızlardan ibarət millimiz isə Estoniyanın Kaariku şəhərində B qrupunda Estoniya, Litva və Ukrayna komandaları ilə mübarizə aparacaq.

Reqlamentə əsasən, qruplarda ilk üç yeri tutan komandalar yekun sıralama uğrunda mübarizə aparacaqlar. Qrup qalibləri finalda qarşılaşacaq. Bu görüşün qalibi 2027-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq.

Millilərimizin oyunlarının təqvimi:

Oğlanlar
19 noyabr
18:00. Latviya – Azərbaycan

20 noyabr
18:00. Azərbaycan – Finlandiya

Qızlar
19 noyabr
19:00. Estoniya – Azərbaycan

20 noyabr
16:00. Azərbaycan – Ukrayna

21 noyabr
19:00. Litva – Azərbaycan

Qeyd edək ki, oyunların başlama saatları yerli vaxtla göstərilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑