Rusiya ordusunun Ukraynanın Xarkov vilayətində yerləşən Novaya Vodolaga qəsəbəsinin mərkəzi parkına PUA ilə hücumu nəticəsində 3 nəfər, o cümlədən bir körpə həlak olub.
Publika.az xəbər verir ki, Ukraynanın daxili işlər naziri İvan Vıqovski hadisə barədə “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, hücum zamanı azı 14 nəfər yaralanıb, onlardan 7-si uşaqdır.
Nazir bildirib ki, hadisə yerində təcili xidmət əməkdaşları işləyir, xəsarət alanlara tibbi yardım göstərilir. Ərazidə partlayıcı maddələrin olub-olmadığı da yoxlanılır.
Xarkov Vilayət Prokurorluğu hücumun “Geran-3” tipli pilotsuz uçuş aparatı ilə həyata keçirildiyini ehtimal edir.


