Sudan hərbçiləri snayper və təlimatçı kimi çalışan və Çevik Reaksiya Qüvvələrini dəstəkləyən bir neçə Ukrayna vətəndaşını saxlayıblar.
Publika.az xəbər verir ki, bu şəxslərdən bəziləri öldürülüb. Sudanın xarici işlər naziri Muhyeddin Salem də Sudan tərəfinin silah ələ keçirdiyini bildirib. O, bu barədə “RİA Novosti” agentliyinə bildirib .
Sudandakı qarşıdurma 2023-cü ilin aprel ayından bəri davam edir. Bir tərəfdə Suveren Şuranın sədri Əbdülfəttah əl-Bürhanın komandanlığı altında nizami ordu, digər tərəfdə isə Məhəmməd Həmdan Daqlonun rəhbərlik etdiyi RSF var.
RSF əvvəllər dövlət təhlükəsizlik qüvvələrinin bir hissəsi olan hərbiləşdirilmiş bir strukturdur. Hakimiyyətin mülki rəhbərliyə ötürülməsi və RSF bölmələrinin silahlı qüvvələrə daxil edilməsi ilə bağlı fikir ayrılıqları üzündən ordu ilə hərbi qarşıdurmaya girib.
Döyüşlər çoxsaylı mülki şəxslərin ölümünə, infrastrukturun dağılmasına və ölkə əhalisinin kütləvi şəkildə köçməsinə səbəb olub.
Müəllif: Tural


