Dünya · Publika.az

Trampdan "BBC"yə qarşı 10 milyardlıq iddia: İfadə verməsi tələb olundu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Trampdan "BBC"yə qarşı 10 milyardlıq iddia: İfadə verməsi tələb olundu xəbəri üçün şəkil

ABŞ prezidenti Donald Trampa “BBC”yə qarşı açdığı 10 milyard dollarlıq böhtan iddiası çərçivəsində ifadə verməsi üçün dekabrın 11-dək vaxt verilib.

Publika.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

Federal hakim Enjolik Lett “BBC” vəkillərinin etirazından sonra Trampın ifadə verməsi ilə bağlı qərar çıxarıb.

Trampın hüquq komandası isə prezidentlik vəzifələrini əsas gətirərək onun ifadəsinin 2027-ci il yanvarın 11-22-də alınmasını təklif edib.

Qeyd olunub ki, Tramp “BBC”ni “Trump: A Second Chance” adlı sənədli filmində 6 yanvar 2021-ci ildə Konqres binasına hücum günü etdiyi çıxışı qəsdən təhrif etməkdə ittiham edir. Onun hüquq komandası iddia edir ki, çıxışın montajı Trampı zorakılığa təşviq edən şəxs kimi göstərmək və 2024-cü il ABŞ prezident seçkilərinə müdaxilə etmək məqsədi daşıyıb.

Müəllif: Roza

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑