Dünya · Modern.az

“Ermənistan faktiki olaraq KTMT-dən çıxıb” - Baş katib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Ermənistan faktiki olaraq KTMT-dən çıxıb” - Baş katib
“Ermənistan faktiki olaraq KTMT-dən çıxıb” - Baş katib

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Talatbek Masadıkov Ermənistanın təşkilatdan faktiki olaraq çıxdığını bəyan edib.

Modern.az xəbər verir ki, o bu barədə TASS agentliyinə müsahibəsində danışıb. 

T.Masadıkovun sözlərinə görə, KTMT Ermənistana sənədlər göndərməyə davam edir, lakin rəsmi İrəvan onların müzakirəsində və qərarların qəbulunda iştirak etmir.

“KTMT Ermənistana sənədlər göndərməyə davam edir, lakin Ermənistan tərəfi onların müzakirəsində və qərarların qəbulunda iştirak etmir. Hər dəfə bizə cavab verirlər ki, Ermənistan təşkilatın fəaliyyətinə mane olmur və digər dövlətlərin qərar qəbul etməsinə etiraz etmir. Başqa sözlə, onlar bizim işimizə mane olmurlar.

Normal struktur prosesi davam edir və biz qərarlar qəbul edirik. Onlar həftəlik hesabatları dinləyirlər, lakin əsas tədbirlərimizdə, təlimlərimizdə və digər fəaliyyətlərimizdə iştirak etmirlər. Buna görə də düşünürəm ki, burada məhz KTMT Nizamnaməsinin 25-ci maddəsi tətbiq oluna bilər. Əslində, onlar de-fakto artıq təşkilatdan çıxıblar”, – deyə baş katib bildirib.

Qeyd edək ki, KTMT Nizamnaməsinin 25-ci maddəsi üzvlük haqlarının ödənilməməsi və kvotalar üzrə öhdəliklərin yerinə yetirilməməsi halında müvafiq ölkənin səsvermə hüququndan məhrum edilməsini nəzərdə tutur.

Masadıkov Ermənistanın təşkilatdakı üzvlüyü məsələsinin noyabrın 11-də Moskvada keçiriləcək Kollektiv Təhlükəsizlik Şurasının iclasında üzv dövlətlərin liderləri tərəfindən qaldırıla biləcəyini də istisna etməyib.

Ermənistanın KTMT-dən rəsmi çıxması ehtimalına toxunan baş katib bildirib ki, məsələ Kollektiv Təhlükəsizlik Şurasının iclasında müzakirəyə çıxarılarsa, müvafiq qərar qəbul edilə bilər.

Xatırladaq ki, Ermənistan hakimiyyəti daha əvvəl KTMT-də iştirakını dondurduğunu bəyan edib. Bununla belə, təşkilatdan rəsmi çıxış prosedurunun tamamlanması ilə faktiki iştirakın dayandırılması fərqli məsələlərdir.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑