Dünya · Editor.az

Azərbaycanlıların da olduğu gəminin Qara dənizdə vurulmasına beynəlxalq reaksiya

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanlıların da olduğu gəminin Qara dənizdə vurulmasına beynəlxalq reaksiya xəbəri üçün şəkil

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Qara dənizdə Rusiya tərəfindən gərginliyin növbəti dəfə artmasından ciddi şəkildə narahat olduğunu bildirib.

Editor.az xəbər verir ki, bu barədə AK sədri özünün “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Fon der Lyayen qeyd edib ki, bu düşüncəsiz hücumlar günahsız insanları hədəf alır və beynəlxalq hüquqa açıq şəkildə meydan oxumaqdır. O, həmçinin həyatını itirən dənizçinin ailəsinə başsağlığı verib və hazırda itkin düşmüş hesab olunan üç heyət üzvünün yaxınlarının yanında olduğunu vurğulayıb.

Avropa Komissiyasının rəhbəri axtarışları davam etdirən xilasetmə qruplarına öz minnətdarlığını bildirib.

Editor.az-ın “Agerpres”ə istinadən verdiyi məlumata görə isə Rumıniya Prezidenti Nikuşor Dan Qara dənizdə göyərtəsində Azərbaycan vətəndaşlarının da olduğu ticarət gəmisinin batmasında Rusiyanı günahlandırıb.

“Bu hadisə Rusiyanın Ukraynadakı müharibə kontekstində həyata keçirdiyi eskalasiya prosesinin bir hissəsidir”, – deyə Rumıniya Prezidenti bildirib.

Qeyd edək ki, bu gün Qara dənizdə Azərbaycan və Ukrayna vətəndaşlarının olduğu “Khoryv” adlı ticarət gəmisinin Rumıniyanın Konstansa limanından 13 dəniz mili məsafədə batdığına dair məlumat yayılıb. Məlumata görə, gəmidə ümumilikdə 13 nəfər olub. Onlardan 10 nəfəri Ukrayna, üç nəfəri isə Azərbaycan vətəndaşıdır.

Hadisə nəticəsində bir dənizçinin öldüyü, 3 nəfərin itkin düşdüyü, 9 nəfərin isə xilas edildiyi bildirilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑