Dünya · Publika.az

Türkiyədən “hər şey daxil” sistemi ilə bağlı bəyanat: Ləğv edilir?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyədən “hər şey daxil” sistemi ilə bağlı bəyanat: Ləğv edilir? xəbəri üçün şəkil

Rusiyalı turistlər Türkiyə otellərində “hər şey daxil” sisteminin ləğvi ilə bağlı xəbərlərdən narahat olmamalıdırlar - mövcud format qalacaq.

Publika.az xəbər verir ki, bunu Türkiyə Səyahət Agentlikləri Assosiasiyasının (TÜRSAB) sədr müavini Davut Günaydın “RİA Novosti” agentliyinə bildirib.

Agentlik onun sözlərini sitat gətirib: "Əsas bazarımız olan rusiyalı turistlər arxayın ola bilərlər, format ləğv edilmir".

Daha əvvəl Rusiya Tur Operatorları Assosiasiyası “Kilit Group” otel qrupunun nümayəndəsi Tolqa Kilitin "hər şey daxil"i beş kateqoriyaya bölməyi təklif etdiyini bildirmişdi.

Müəllif: Tural

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑