Dünya · Publika.az

Rusiya BMT-nin bu qətnaməsini güzəştsiz dəstəkləyəcək - Zaxarova

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiya BMT-nin bu qətnaməsini güzəştsiz dəstəkləyəcək - Zaxarova xəbəri üçün şəkil

Rusiya Kosovoya dair BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsinin yerinə yetirilməsinə nail olmaq üçün qətiyyətlə çalışacaq.

Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Yekaterina Forumunda çıxışı zamanı bildirib.

Diplomatın sözlərinə görə, Moskvanın Belqradın mövqeyini müdafiə etməsi iki xalq arasında mövcud olan ortaq tarix və çoxəsrlik əlaqələrlə sıx bağlıdır.

Zaxarova qeyd edib ki, gənclər bəzən Serbiyanın Kosovoya suverenliyini təsbit edən sənədin müdafiəsinə niyə bu qədər önəm verildiyini anlamırlar. Onun fikrincə, bunun cavabı Rusiya-Serbiya qardaşlığının dərin tarixi köklərindədir.

“Biz bu qətnamənin müdafiəsində dayanacağıq, çünki hazırda uğrunda mübarizə apardığımız dəyərlər uğrunda bir neçə əsr əvvəl məhz serblər mübarizə aparırdılar”, - deyə Zaxarova vurğulayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑