La Liqa prezidenti Xavyer Tebas bir daha “Real Madrid” rəhbərliyini tənqid edib.
Publika.az xəbər verir ki, Tebas klubu liqanın təşəbbüslərini pozmaqda və digər komandalara maliyyə ziyanı vurmaqda ittiham edib.
Tebas “World in Progress” beynəlxalq forumunda çıxışı zamanı bildirib:
“Real Madrid” La Liqanın etdiyi hər şeyə qəti şəkildə qarşıdır. Onların hərəkətləri televiziya hüquqları baxımından bizə çox böyük ziyan vurur. Və biz başa düşməliyik: bu ziyan birbaşa təkcə La Liqanın özünə deyil, həm də İspaniyanın bütün digər klublarına təsir göstərir”.






