İdman · İdman.biz

UEFA-nın ultimatumundan sonra FIFA geri addım atdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
UEFA-nın ultimatumundan sonra FIFA geri addım atdı xəbəri üçün şəkil

FIFA UEFA-nın tələbindən sonra qalmaqala səbəb olmuş “FIFA Forward Enterprise” layihəsi ilə bağlı əsas sənədləri Şura üzvlərinə təqdim etməyə razılaşıb.

İdman.Biz xəbər verir ki, bu barədə FIFA-nın baş katibi Mattias Qrafström qurumun Şura üzvlərini məlumatlandırıb. Qərar UEFA-nın sənədlərin açıqlanması üçün müəyyənləşdirdiyi müddətin başa çatmasına bir neçə saat qalmış verilib.

Lakin sənədlərlə tanışlıq yalnız FIFA-nın Sürixdəki qərargahında mümkün olacaq. Şura üzvləri materialları ciddi məxfilik şərtləri altında nəzərdən keçirə biləcəklər. Bunun üçün müraciət edən şəxslər iki həftə ərzində qeydiyyatdan keçməlidirlər.

FIFA-nın konkret hansı sənədləri təqdim edəcəyi hələ məlum deyil.

Xatırladaq ki, UEFA FIFA-nın idarəetməsi və qərarların qəbulu ilə bağlı suallarına cavab almaq üçün noyabrın 2-dək vaxt vermişdi. Avropa futbol qurumunun səkkiz səhifəlik məktubunda 42 sual yer almışdı.

Mübahisələrə səbəb olan “FIFA Forward Enterprise” layihəsi dünya çempionatı da daxil olmaqla, FIFA turnirlərinin kommersiya hüquqlarını idarə edəcək şirkətin bir hissəsinin özəl investorlara satılmasını nəzərdə tuturdu. Tənqidlərdən sonra layihədən imtina olunub.

FIFA prezidenti Canni İnfantino daha əvvəl layihənin həyata keçirilməməsinə görə üzr istəsə də, onun hansı şəraitdə hazırlandığına dair ətraflı izahat verməmişdi.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑