İdman · Offsideplus.az

Unai Emeri PSJ-nin 1:6 hesablı məğlubiyyətini xatırlayıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Unai Emeri PSJ-nin 1:6 hesablı məğlubiyyətini xatırlayıb xəbəri üçün şəkil
Unai Emeri PSJ-nin 1:6 hesablı məğlubiyyətini xatırlayıb

Unai Emeri "PSJ"nin Çempionlar Liqasının 1/8 final mərhələsində "Barselona"ya 1:6 hesabı ilə uduzduğu oyunu xatırladıb. Həmin qarşılaşmada Paris təmsilçisi ilk oyunda 4:0 hesabı ilə qalib gəlmişdi.

Offsideplus.az xəbər verir ki, "Aston Villa"nın baş məşqçisi bu barədə belə danışıb: "2004-cü ildən məşqçilik edirəm, artıq 22 ildir fasiləsiz bu işdəyəm. Komandalarım 17 ildir Avropada müxtəlif turnirlərdə – istər Çempionlar Liqası, istər Avropa Liqası, istərsə də Konfrans Liqasında çıxış edir. Hər bir oyun mənim üçün dərs olub. Amma məhz həmin qarşılaşmadan çox-çox şey öyrəndim. Həm idman baxımından, həm də idmandan kənar məqamlar baxımından. O vaxt futbolda VAR sistemi çox lazım idi".

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑