İdman · Publika.az

“Qızıl top”un səsverməsi ilə bağlı şok iddia: Mənə dedilər ki, seçimini dəyiş

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Qızıl top”un səsverməsi ilə bağlı şok iddia: Mənə dedilər ki, seçimini dəyiş xəbəri üçün şəkil

“Qızıl top” səsverməsində iştirak edən mərakeşli jurnalist Mustafa Badri seçiminə təsir göstərmək cəhdləri barədə məlumat paylaşıb.

Publika.az xəbər verir ki, Badri həmyerlisi Əşrəf Hakimini birinci, Kilian Mbappe və Lamin Yamalı isə müvafiq olaraq ikinci və üçüncü qeyd edib.

“Sizinlə bəzi eksklüziv məlumatları bölüşəcəyəm. Rəsmi səsvermənin başlamasından bir neçə saat əvvəl müəyyən şəxslər mənimlə əlaqə saxlayaraq seçimimi dəyişməyimə və Hakiminin yerinə başqa bir oyunçuya səs verməyim üçün məni inandırmağa çalışdılar. Bu oyunçunun adını çəkməməyi üstün tuturam. Onların yalvarışlarına təslim olmadım, amma bu vəziyyət göstərir ki, “Qızıl top” səsverməsində seçicilərə təsir etmək cəhdləri var “, – deyə “Actu Foot” jurnalistin sözlərini sitat gətirib.

Harri Keyn “Qızıl top” mükafatını qazanıb. Əşrəf Hakimi 65 xal toplayaraq 13-cü yerdə qərarlaşıb.

Publika.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑