İdman · Sfera.az

“Sabah”la “Vikinq”in oyununu bu hakim idarə edəcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Sabah”la “Vikinq”in oyununu bu hakim idarə edəcək xəbəri üçün şəkil

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda keçiriləcək “Vikinq” (Norveç) – “Sabah” matçına hakim təyinatları açıqlanıb.

Sfera.az xəbər verir ki, görüşü Niderlanddan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim FIFA referisi Sander van der Eyk olacaq. Ona Rens Bluemink və Stefan de Qrot kömək edəcəklər. Dördüncü hakim vəzifəsini isə Coui Koy yerinə yetirəcək.

Qeyd edək ki, “Vikinq” -“Sabah” qarşılaşması noyabrın 4-dən 5-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da (yerli vaxtla noyabrın 4-də saat 21:00-da) Stavanger şəhərindəki “Lyse Arena” stadionunda keçiriləcək./Teleqraf

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑