İdman · Publika.az

PSJ “Çelsi”nin gənc ulduzuna göz dikib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
PSJ “Çelsi”nin gənc ulduzuna göz dikib xəbəri üçün şəkil

Fransanın PSJ klubu “Çelsi”nin braziliyalı futbolçusu Estevao Villianı qış transfer pəncərəsində icarəyə götürməyi planlaşdırır. Paris təmsilçisinin baş məşqçisi Luis Enrikenin 19 yaşlı hücumçuya xüsusi maraq göstərdiyi bildirilir.

Publika.az xəbər verir ki, PSJ son vaxtlar komandada artan zədələr səbəbindən hücum xəttini gücləndirmək niyyətindədir. Xüsusilə Xviça Kvaratsxeliya və Usman Dembele kimi aparıcı futbolçuların sıradan çıxması baş məşqçinin seçim imkanlarını məhdudlaşdırıb.

“Goal” nəşrinin məlumatına görə, Enrike Estevaonun oyun keyfiyyətlərini yüksək qiymətləndirir. Klubun idman müşaviri Luis Kampos da braziliyalı futbolçunun transferini dəstəkləyir. İspaniyalı mütəxəssis gənc oyunçunun PSJ-də qısa müddətdə inkişaf edərək komandaya fayda verə biləcəyini düşünür.

2025-ci ilin yayında “Palmeyras”dan “Çelsi”yə keçən Estevao London klubunda əsas heyətə düşməkdə çətinlik çəkir. O, indiyədək İngiltərə Premyer Liqasında heç bir oyuna start heyətində çıxmayıb.

“TEAMtalk”ın məlumatına əsasən, “Çelsi” mümkün icarə müqaviləsi üçün bir sıra şərtlər irəli sürüb. London klubu futbolçunun satınalma hüququ olmadan icarəyə verilməsini və maaşının tam şəkildə PSJ tərəfindən ödənilməsini istəyir. Bundan əlavə, Estevaonun kifayət qədər oyun vaxtı almaması halında PSJ-yə maliyyə cəzası tətbiq edilməsini nəzərdə tutan bəndin müqaviləyə daxil edilməsi müzakirə olunur.

Məlumatda bildirilir ki, “Çelsi” braziliyalı futbolçunun yanvarda Parisə keçməsinə prinsipcə müsbət yanaşır. Razılaşma baş tutarsa, Estevao daha çox oyun təcrübəsi qazana, PSJ isə çempionluq mübarizəsi öncəsi hücum xəttini gücləndirə bilər.

Publika.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑