Misli Premyer Liqasının IX turunda keçirilən “Neftçi” – “Turan Tovuz” oyununda qırmızı vərəqə alan meydan sahiblərinin oyunçusu İqor Ribeyronun cəzası məlum olub.
Futbolpress.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul edilib.
Ribeyro kobud oyuna görə iki matçlıq diskvalifikasiya edilib. Klub isə 2 min manat məbləğində cərimələnib.
Görüş 1:1 hesabıyla başa çatıb.




