Dünya · Publika.az

Pezeşkian ABŞ və İsrailə xəbərdarlıq etdi: Dünya iqtisadiyyatı təhlükədədir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Pezeşkian ABŞ və İsrailə xəbərdarlıq etdi: Dünya iqtisadiyyatı təhlükədədir xəbəri üçün şəkil

İran prezidenti Məsud Pezeşkian ABŞ və İsrailin İrana qarşı hücumlarının qlobal enerji təhlükəsizliyini və dünya iqtisadiyyatını təhdid etdiyini bildirib.

Publika.az xəbər verir ki, Pezeşkian bu barədə Rusiyanın paytaxtı Moskvada keçirilən Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 8-ci sammitində çıxışı zamanı danışıb.

İran liderinin sözlərinə görə, siyasi danışıqlar davam etdiyi vaxt ABŞ və İsrail İrana iki mərhələdə hərbi hücum həyata keçirib. Pezeşkian bildirib ki, İranın enerji infrastrukturunun dağıdılması və enerji resurslarının tranzitinə süni maneələrin yaradılması qlobal enerji təhlükəsizliyinə və dünya iqtisadiyyatına birbaşa təhdid yaradır.

O, həmçinin ABŞ-ın İrana qarşı sanksiyalarla yanaşı, dəniz və hava blokadası tətbiq etdiyini, digər ölkələri də bu məhdudiyyətlərə əməl etməyə məcbur etdiyini vurğulayıb.

Pezeşkian qeyd edib ki, İran dünyanın təsdiqlənmiş təbii qaz ehtiyatlarının həcminə görə ikinci yerdədir və uzun illərdir davam edən sanksiyalara baxmayaraq, ölkə enerji sektorunda istehsalını artırmağa nail olub.

Müəllif: Roza

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑