Dünya · Publika.az

Kim Çen In orduya əmr verdi: Müharibəyə hazırlaşın

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kim Çen In orduya əmr verdi: Müharibəyə hazırlaşın xəbəri üçün şəkil

Şimali Koreya lideri Kim Çen In orduya müharibəyə hazır olmaq üçün fasiləsiz hərbi təlimlər keçirmək göstərişi verib.

Publika.az xəbər verir ki, bu barədə Koreya mətbuatı məlumat yayıb.

Kim Çen In Koreya Xalq Ordusunun rota komandirlərindən bölmələrin tam döyüş hazırlığını təmin etməyi tələb edib. O bildirib ki, bunun üçün əsas vasitə davamlı və intensiv hərbi təlimlərdir.

Şimali Koreya liderinin sözlərinə görə, komandirlər yüksək döyüş qabiliyyətinə, möhkəm inqilabi əqidəyə və vətənpərvərlik ruhuna malik hərbi bölmələr formalaşdırmalıdırlar. O, ordunun gücünün yalnız müasir silahlarla deyil, həm də şəxsi heyətin hazırlığı və ayrı-ayrı bölmələrin döyüş imkanları ilə müəyyən olunduğunu vurğulayıb.

Müəllif: Adəm

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑