Moldova Ukrayna sərhədçilərinin dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı Kiyevə etiraz notası göndərib.
Publika.az xəbər verir ki, bu barədə Moldova parlamentinin komissiya sədri Lilian Karp məlumat verib.
Xatırladaq ki, insident oktyabrın 15-də baş verib. İki Ukrayna sərhədçisi Dnestr çayını üzərək keçməyə çalışan 49 yaşlı Aleksey Kovalı təqib edərkən Moldova ərazisinə daxil olub. Onlar kişini avarla vurublar. Koval yerli sakinlər tərəfindən ağır vəziyyətdə sudan çıxarılıb.
Sərhədçilər Ukraynaya təhvil verilib, Moldova Prokurorluğu isə hadisə ilə bağlı cinayət işi açıb.
.jpg)


