Dünya · Globalinfo.az

Avropadan Trampa ağır zərbə: ABŞ-ın bu təklifi rədd edildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Avropadan Trampa ağır zərbə: ABŞ-ın bu təklifi rədd edildi xəbəri üçün şəkil

Avropa Komissiyası Ukraynada atəşkəs müzakirələri çərçivəsində Rusiyadan qaz alışının bərpası ilə bağlı ABŞ-ın təklifini rədd edib. Brüssel bəyan edib ki, Rusiyaya qarşı sanksiyalar münaqişə tam başa çatana qədər qüvvədə qalmalıdır.

Globalinfo.az xəbər verir ki, bunu Avropa Komissiyasının nümayəndəsi Paula Pinyu brifinq zamanı deyib.

Onun sözlərinə görə, Avropa Komissiyasının sədri Ursula fon der Leyen Rusiyaya qarşı tətbiq edilən məhdudiyyətlərin münaqişə tam başa çatana qədər ləğv olunmayacağını açıq şəkildə bəyan edib.

Pinyu Avropa İttifaqı sammitində iştirakçıların ABŞ-ın Rusiyaya qarşı məhdudiyyətləri yumşaltmaq və dizel yanacağının alışına başlamaq qərarından narazılıqlarını ifadə etdiklərini də bildirib.

Avropa Komissiyasının nümayəndəsi vurğulayıb ki, Brüssel ABŞ ilə razılaşdırılan sanksiya siyasətinin tərəfdarı olaraq qalır. Onun sözlərinə görə, bu məhdudiyyətlərin məqsədi Rusiyanı Kiyevin şərtləri əsasında hərbi əməliyyatları dayandırmağa razı salmaqdır.

Əliyar Xəlil

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑