İdman · Publika.az

Messinin sarısı bu səbəbdən silindi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Messinin sarısı bu səbəbdən silindi xəbəri üçün şəkil

“İnter Mayami”nin hücumçusu Lionel Messi, “Sinsinnati” ilə matçda (2:2) beşinci sarı vərəqəsini almasına baxmayaraq, MLS-də “Nyu-İnqlend”ə qarşı oyunu (2 noyabr) buraxmayacaq.

Publika.az ESPN-ə istinadla xəbər verir ki, bunun səbəbi oyunçulara intizamlı oyuna görə sarı vərəqələri “silməyə” imkan verən "yaxşı davranış mükafatı” qaydasıdır.

Əgər oyunçu ardıcıl beş oyunda xəbərdarlıq, qovulma və ya digər intizam tədbirləri olmadan oynayırsa, bir sarı vərəqə avtomatik olaraq silinir.

Bu qayda mövsüm ərzində ən çox üç dəfə istifadə edilə bilər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑