İdman · Futbolpress.az

“FIFA bu formatı dəstəkləməli və davamlı etdirməlidir”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“FIFA bu formatı dəstəkləməli və davamlı etdirməlidir” xəbəri üçün şəkil

İspaniyanın U-15 millisinin məşqçisi David Qrodo Bakıda keçirilən dünya çempionatı və futbol festivalı haqqında fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis FIFA-nın mətbuat xidmətinə açıqlamasında bunları deyib:

“Qarşımıza qoyduğumuz hədəfə çatdığımız üçün xoşbəxtik. Həqiqətən, komandamdan və onların sərgiləndiyi performansdam məmnunam. Uşaqlar həyatları boyunca unutmayacağı anlar yaşadılar.

Onlar bir gün əsas komanda ilə dünya çempionu olsalar belə, bu xatirələr əbədi qalacaq. FIFA bu formatı dəstəkləməli və davamlı etdirməlidir”.

FIFA U-15 dünya çempionatı və futbol festivalı 189 ölkənin iştirakı ilə Bakıda, Hovsan Yarış Kompleksində keçirilib. Turnirin qalibi İspaniya yığması olub.

Azərbaycan millisi 84-cü sırada bitirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑