İdman · İdman.biz

“Mançester Yunayted” “Çelsi”yə də uduzdu - Karrikin komandası 16-cı pillədə qaldı - YENİLƏNİR + VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Mançester Yunayted” “Çelsi”yə də uduzdu - Karrikin komandası 16-cı pillədə qaldı - YENİLƏNİR + VİDEO xəbəri üçün şəkil

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının doqquzun turunda növbəti məğlubiyyətini alıb.

İdman.Biz xəbər verir ki, Maykl Karrikin komandası səfərdə “Çelsi”yə 0:2 hesabı ilə uduzub.

“Stemford Bric” stadionunda keçirilən qarşılaşmanın 34-cü dəqiqəsində Mateus Kunya qonaqları hesabda önə keçirsə də, VAR müdaxiləsindən sonra qol ləğv olunub.

İkinci hissənin 50-ci dəqiqəsində Morqan Rocers hesabı açıb. 63-cü dəqiqədə “Mançester Yunayted”in müdafiəçisi Lisandro Martines ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Bir dəqiqə sonra Koul Palmer penaltini dəqiq yerinə yetirərək londonluların üstünlüyünü artırıb. 71-ci dəqiqədə Estevaonun vurduğu qol isə VAR yoxlamasından sonra qeydə alınmayıb.

Bu nəticədən sonra “Mançester Yunayted” doqquz oyunda topladığı yeddi xalla turnir cədvəlinin 16-cı pilləsində qalıb. Xalını 16-ya çatdıran “Çelsi” isə dördüncü sıraya yüksəlib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑